'İngilis dili həftəsi'nə başlanıb

İngilis dili

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi «İngilis dili həftəsi»nin rəsmi açılışını elan edib.

Səfirliyin məlumatına görə, sentyabrın 9-dan 13-dək Azərbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimi Amerika Mərkəzində bir araya gələrək praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcəklər.

«İngilis dili həftəsi»ndə videomühazirələrin tədris proqramlarında səmərəli istifadəsi, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiyası və şagirdləri müasir dərslərə cəlb etmək üçün digər üsullar öyrənilməlidir.