Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi təxmin edilir.
Cənub-qərb küləyinin əsəcəyi, axşam onun şimal-qərb küləyi ilə əvəzlənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da sentyabrın 17-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.