Türkmənistanın Ticarət və Xarici iqtisadi əlaqələrə naziri Amandurdy Ishanov korrupsiya ittihamları ilə məhkum edilib. O, bir neçə gün öncə vəzifədən çıxarılmışdı. Həbsinin müddəti bəlli deyil.
Dövlət telekanalları əliqandallı bir neçə nəfəri göstəriblər. Ishanov da onların arasında olub. Onlar sentyabrın 13-də bir neçə korrupsiya cinayətini açıq şəkildə etiraf ediblər.
Video hökumətin iclası zamanı bir neçə böyük monitorda göstərilib. Həmin iclasda Baş prokuror Batyr Atdaev ölkənin avtoritar lideri Gurbanguly Berdymukhammedov-un başlatdığı antikorupsiya kampaniyasının nəticələri haqda məlumat verib.
Ishanov deyib ki, son illər tanınmış biznesmen Charymukhammed Kulov və bir neçə dövlət müəssisəsinin liderləri ilə birlikdə bir neçə korrupsiya cinayəti törədib.
Buna da bax: Adamları bankomatların qabağında dayandıqları üçün saxlayırlarHökumət nəyi göstərir
Ishanov və videodakı digər şəxslərin həbsə məhkum edildikləri açıqlansa da məhkəmələrin nə vaxt keçirildiuyi, hökmlərin detalları haqda informasiya verilməyib.
Türkmənistanda anonimlik şərtilə danışan bir neçə nəfər deyib ki, bu “ictimai etiraflar” hakimiyyətin korrupsiya ilə mübarizəsini “sübut etmək”dən ötrü təşkil olunmuş perfomansa oxşayır.
Son aylar ölkənin sərt nəzarət altında olan iqtisadiyyatı problemlər yaşayır və hökumət gəlirlərin azalmasına görə korrupsiyanı ittiham edir.
Mağazalarda ərzaq qıtlığı yaşanır. Bunun bir səbəbi uğursuz enerji sazişləri və dünyada təbii qazın ucuzlaşmasıdır. Qaz Türkmənistanın əsas ixrac məhsuludur.
Hökumət həmçinin su, qaz, elektrik üzrə subsidiyaları ya azaldıb, ya da tamamilə ləğv edib.
Tənqidçilər Berdymukhammedov-un narazıları susdurduğunu, 2006-cı ildə avtokrat lider Saparmurat Niyazov-un ölümündən sonra ölkədə azsaylı dəyişiklik etdiyini bildirir.