Ukrayna keçmiş separatçının öldürüldüyünü bildirir

Donetskdə damı dağılmış ev, arxiv fotosu

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla yanaşı vuruşmuş 28 yaşlı kişi sentyabrın 16-da ölü tapılıb. Onun Donetsk regionunun Mariupol şəhərində çoxmərtəbəli yaşayış binasının pilləkənində aşkarlanmış cəsədində yeddi güllə yarası olub.

Yerli polis Roman Dzhumayev-in öldüyünü AzadlıqRadiosu-na təsdiqləyib. UNIAN xəbər agentliyinin məlumatına görə, detektivlər qətl versiyasını araşdırırlar. Şübhəlinin 28 yaşlı birinin olduğu bildirilir.

2014-cü ilin aprelində Ukraynanın şərqində münaqişə başlayanda Dzhumayev Kiyevdə proqramçı kimi işləyib. O, 2015-ci ilin əvvəlində separatçılara qoşulub.

O, Belarus və Rusiyaya gedib, 2017-ci ildə Ukraynaya qayıdınca həbs olunmuşdu. 2018-ci il mayında ev dustaqlığına buraxılıb. Həmin ilin dekabrında yenidən saxlanıb. Bu dəfə kiçik pitseriyasında polis əməkdaşının üzünə bibər sıxmışdı. Bu iş üzrə isə avqustun 5-də ev dustaqlığına buraxılmışdı.

Ukraynanın şərqindəki münaqişədə 13 mindən çox adam ölüb, 2 milyonadək şəxs evindən didərgin düşüb.