İllər boyu BMT Baş Məclisinin sentyabrda keçirilən illik yığıncağı ABŞ-ın qlobal liderliyinin mərkəzi elementinə çevrilirdi. Məsələn, Prezident Barack Obama administrasiyası bu toplantıdan yararlanaraq iqlim dəyişikliyi, qaçqınların yenidən yerləşdirilməsi məsələləri üzrə beynəlxalq səviyyədə tədbirlər görməyə çağırırdı. “Foreign Affairs” dərgisində Kristine Lee bu həftə Nyu Yorkda başlanan tədbirin fərqləndiyini yazır. Artıq prezidentlər və baş nazirlər dərin transformasiyaya məruz qalan bir qurumun çətiri altında bir araya gəlirlər. Birləşmiş Ştatlar sükanı əldən buraxır və Pekin onu ələ keçirməyə hazır dayanıb.
Müəllif qeyd edir ki, dünyada nüfuzunu öz maraqlarına uyğun yollarla yaymağa can atan Çin BMT-də Birləşmiş Ştatlara alternativ kimi öz liderliyini təqdim etməyə ciddi resurslar sərf edib. Təkcə son bir neçə ildə Çin Kommunist Partiyası öz rəsmilərini BMT-nin 15 ixtisaslaşmış agentliyinin dördünə rəhbər yerləşdirib. ABŞ yalnız bir agentliyin rəhbəridir. Pekin özünün Kəmər və Yol Təşəbbüsünə dəstək olaraq 20-dən artıq anlaşma memorandumuna nail olub. Üstəlik, qeyri-liberal ölkələr konsorsiumunu Sincan vilayətində etnik uyğurlara repressiyasınaqarşı beynəlxalq tənqidi önləməyə səfərbər edib.
Buna da bax: Neft bazarının Axilles dabanı – Qərb mediasıBirləşmiş Ştatlar isə Çinin bu yüksəlişinə ədəblə reaksiya verib. Bunun bir səbəbi Vaşinqtonun beynəlxalq qurumla öz münasibətlərini yoluna qoymağa çalışmasıdır. Qısa zaman kəsiyində Prezident Donald Trump administrasiyası BMT-də bir neçə səfir dəyişib, ABŞ BMT-nin bəzi agentliklərindən birtərəfli qaydada çıxıb, çoxtərəfli qurumları daha geniş şəkildə rədd etməyə başlayıb.
Çinin BMT-dəki rolu necə dəyişdi
“Çin BMT-ni təməl prinsiplərindən uzaqlaşdırmağa çalışdığı bir vaxtda Birləşmiş Ştatlar yerində rahatca otura bilməz. Çinin üstün olduğu BMT ABŞ dəyərləri və maraqlarının davamlı eroziyasına aparar, bu məsələlərə silahların yayılmaması, davamlı inkişaf daxildir. Trump administrasiyası Çinlə strateji rəqabətdə ciddidirsə, ən yüksək beynəlxalq səhnədə fəaliyyətini gücləndirməlidir”, – müəllif yazır.
Məqalədə deyilir ki, onillər boyunca Çin BMT-də daha çox qaydaları pozan kimi tanınıb. Pekin Birləşmiş Ştatlar və digər demokratik ölkələrin dünyaya liberal dəyərlər aşılamaq cəhdlərini önləməyə çalışıb.
Buna da bax: Rusiyanın partiya sistemi ‘dağılır’Amma Çinin gücü və nüfuzu artdıqca, beynəlxalq qurumlardakı rolu da təkamül edib. Prezident Xi Jinping-in hakimiyyəti dövründə Çin artıq müdafiə mövqeyini geridə qoyub. Ötənilki çıxışında Xi Çini “qlobal idarəçilik sistemində islahatlara rəhbərlikdə fəal rol oynamağa” çağırıb.
Müəllif Pekinin BMT-dən özünün avtoritar idarəçiliyini legitimləşdirmək üçün istifadə etdiyini yazır.
2011-ci ildə ABŞ UNESCO-ya illik maliyyəni 80 milyon dollar azaltdı, bu, qurumun büdcəsinin 22 faizə qədəri idi. Çin isə bu boşluğu doldurmaq üçün təhsil proqramlarına milyonlarla dollar vəd elədi. Son on ildə Pekin BMT-yə maliyyə töhfəsini beş dəfə artırıb, dövlətin sponsorluq etdiyi proqramlarda özünü “çoxtərəflilik çempionu” kimi təqdim edir.