Ermənistanın baş polis rəisi işdən çıxarılır

Valery Osipian

Ermənistanın Baş naziri Nikol Pashinian ölkənin baş polis rəisini vəzifəsindən azad edib.

Prezident idarəsi sentyabrın 18-də AzadlıqRadiosu-nun erməni xidmətinə baş nazirin Valery Osipian-la bağlı belə bir addım atdığını təsdiqləyib.

Prezident Armen Sarkissian-ın tezliklə Osipian-ın işdən çıxarılmasıyla bağlı sərəncamı imzalayacağı gözlənir.

Peşəkar polis zabiti olan Osipian 2018-ci ilin mayında Ermənistan polisinə rəis təyin olunub. Bu, Pashinian dinc etirazlar nəticəsində baş nazir postuna keçəndən sonra baş verib.

Bir neçə gün öncə Pashinian Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsian-ı da işdən çıxarıb.

Bu həftənin əvvəlində Ermənistan parlamentinə təqdim olunmuş qanunvericilik dəyişikliklərinə görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru və polis rəisi vəzifələri siyasiləşir. Yəni, parlamentə üzvlük kriteriyalarına uyğun gələn hər bir kəs bu iki vəzifəyə də namizəd ola bilər.