“Çernobıl”, “Taxt oyunları” Emmy aldı

Təqdimat mərasimi

ABŞ-ın Çernobıl və “Taxt oyunları” serialları illik “Emmy” telemükafatına layiq görülüb. Bu mükafat sentyabrın 23-nə keçən gecə Los Ancelesdə təqdim olunub.

“Çernobıl” ın yaxşı miniserial, həmçinin ən yaxşı ssenari və rejissor işinə görə mükafata layiq görülüb. Filmin yaradıcısı Craig Mason mükafatı alarkən deyib ki, bunu faciə qurbanlarına həsr edir.

“Ümid edirəm, serialımız həqiqətin dəyərini, yalanın təhlükəsini adamların yadına saldı”, – o deyib.

“Çernobıl” serialı Rusiyada sərt tənqidə səbəb olub. “Rusiya Kommunistləri” partiyası hətta onu yasaqlamağı təklif edirdi. Ukrayna Prezidenti Volodymyr Zelenskiy isə serialda sözügedən, qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak edən üç nəfərə “Ukrayna Qəhrəmanı” adını verib.

“Taxt oyunları” isə ən yaxşı teleməhsul kimi “Emmy”yə layiq görülüb.

Hər iki serialı HBO şirkəti çəkib.

Bundan başqa aktyor işinə görə Phoebe Waller-Bridge, Michelle Williams, Julia Garner, Jharrel Jerome də mükafat alıb.