İran: Britaniya tankeri yola düşməyə azaddır

Stena Impero yaxınlığında İran patrul qayığı

Stena Impero yaxınlığında İran patrul qayığı

İran bildirir ki, iyulda heyəti ilə birlikdə saxlanmış, Britaniya bayrağı ilə üzən neft tankerinin buraxılması üçün hüquqi addımlar tamamlanıb.

Hökumətin sözçüsü Ali Rabiei sentyabrın 23-də deyib ki, gəmi yola düşmək üçün azaddır, ancaq nə vaxt üzəcəyini açıqlamayıb.

Bu addımdan bir gün öncə İran Prezidenti Hassan Rohani deyib ki, Fars körfəzində təhlükəsizliklə bağlı planını BMT-yə təqdim edəcək.

Hörmüz boğazında saxlanmış Stena Impero gəmisində Hindistan, Rusiya, Latviya və Filippindən 23 heyət üzvü var.

Onlardan yeddisi sentyabrın əvvəlində buraxılıb, digərlərinin isə Bender Abbas yaxınlığında lövbər salmış gəmidə qaldığı bildirilir.

İran hakimiyyəti Stena Impero və heyət üzvlərinin beynəlxalq dənizçilik qanununu pozduğunu bildirib. Gəmi iyulun 19-da saxlanıb. Ondan iki həftə öncə isə Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini saxlayıb. Sonradan İrana məxsus gəmi buraxıldı.