ABŞ Prezidenti Donald Trump deyir ki, sentyabrın 24-də Nyu Yorkda BMT Baş Məclisində çıxışında əsasən İranla mübahisəsinə toxunacaq.
“İran haqda danışacağıq”, – Trump sentyabrın 23-də jurnalistlərə deyib.
“Hazırda onlara böyük təzyiq göstəririk, indiyədək belə təzyiq görməyiblər. İranla bağlı çox şey baş verir, sizin bildiyinizdən, medianın bildiyindən daha artıq şeylər”, – prezident sözlərinə əlavə edib.
2017-ci ilin yanvarında prezident postuna keçəndən Trump Tehrana qarşı sərt siyasət yürüdüb. O, ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb, sanksiyaları bərpa etməyə başlayıb.
Səudiyyə Ərəbistanında neft obyektlərinə hücuma görə ABŞ İranı ittiham etsə də, Tehran bu hücumlarla əlaqəsi olmadığını deyir.
BMT-nin Baş Məclisi çərçivəsində Trump-ın iranlı həmkarı Hassan Rohani ilə mümkün görüşü haqda spekulyasiya dolaşırdı. Ancaq Trump sentyabrın 23-də belə bir görüşün planlaşdırılmadığını söyləyib.