Türkmənistanda 800-dən çox məhbus əfv olunub

Gurbanguly Berdymukhammedov

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov ölkənin müstəqillik günü ərəfəsində 868 məhbusu əfv edib.

Türkmən cəmiyyətinin bütün aspektlərinə nəzarət edən Berdymukhammedov bir ildə bir neçə dəfə əfv fərmanı imzalayır. Müstəqillik bayramı sentyabrın 27-də qeyd olunur.

Mayda, müsəlmanların Ramazan ayına düşən əhya gecəsi münasibətilə Berdymukhammedov 764 məhbusu əfv etmişdi.

Berdymukhammedov-un sələfi Saparmurat Niyazov yalnız Ramazan bayramında amnistiya imzalayırdı.

Əfv fərmanları adətən siyasi məhbusları əhatələmir.