2018-ci ildə Avropa və Orta Asiyada iqtisadi artım 3,1 faizə düşüb. Bu il artımın 2,1 faizə düşəcəyi proqnozlaşdırılır. Dünya Bankı bu il üçün “Yoxsulluğa son, Fürsətə investisiya” hesabatını açıqlayıb.
Region üzrə artım fərqli olub, ən böyük iqtisadiyyat olan Rusiya regionda artıma dinamik şəkildə töhfəsini verir, Albaniya, Macarıstan, Polşa və Serbiya da onunla yanaşı addımlayır.
Region üzrə iş qabiliyyətli əhalinin payının kəskin şəkildə azaldığı vurğulanır ki, bu da 1990-cı illərdə doğum səviyyəsinin azalmasıyla bağlıdır.
2013-2017-ci illərdə hasilat ilə 0,8 faizədək azalıb.
İnvestisiya artımı isə kəskin yavaşıyıb. Qlobal maliyyə böhranından öncəki beş ildə ortalama artım 15 faizdən yuxarı idi, 2014-2018-ci illərdə ortalama 1,6 faiz olub.
Hesabatda deyilir ki, Orta Asiya və Qərbi Balkanlar iqlim dəyişikliyi qarşısında həssas mövqedədirlər. Bu təsirə quraqlıq, daşqın, tez-tez baş verən təbii hadisələr daxildir.
2019-cu ildə Dünya Bankı regionda 40 əməliyyat üçün 4,3 milyard dollarlıq kredit təsdiqləyib.
Məsələn, Gürcüstanda İnnovasiya, İnkluzivlik və Keyfiyyət Layihəsinə 103 milyon dollar ayrılıb. Bu layihənin hədəfi məktəbəhazırlıq tədrisinə çıxışı genişləndirmək, təhsilin keyfiyyətini yaxşılaşdırmaqla insan kapitalını gücləndirməkdir.