Lavrov Qazaxıstana gedir

Sergei Lavrov, arxiv fotosu

Oktyabrın 8-də Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Qazaxıstana ikigünlük səfərə gedir. O, Qazaxıstan Prezidenti Kassym-Zhomart Tokaev-lə görüşməlidir.

Lavrov qazaxıstanlı həmkarı Mukhtar Tleuberdi ilə də görüşəcək, Interfax bildirir.

Rəsmi məlumata görə, tərəflər qarşılıqlı, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.

Gündəmdə qlobal və regional təhlükəsizlik məsələlərin müzakirəsi də var.

Tərəflər ilin sonunadək keçiriləcək iki və çoxtərəfli tədbirlərə hazırlığı da götür-qoy edəcəklər.

Onların sırasında Omskda 16-cı Qazaxıstan-Rusiya Regiondaxili Əməkdaşlıq Forumu, Qırğızıstan paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı da var.