Fizika üzrə Nobel təqdim olundu

Fizika üzrə Nobelin qalibləri (soldan sağa) James Peebles, Michel Mayor və Didier Queloz

2019-cu il fizika üzrə Nobel mükafatının yarısı James Peebles-ə, digər yarısı isə Michel Mayor Didier Queloz-a verilib.

Kanadalı-amerikalı James Peebles mükafata “fizik kosmologiyada nəzəri kəşflərə”, isveçrəli Michel Mayor və Didier Queloz isə “günəş tipli ulduzun orbitində, Günəş sistemindən kənar planetin kəşfinə görə” layiqə görülüb.

Bu üç alimin “kainatın təkamülünə və Yerin kosmosdakı yerinə dair anlayışlarımıza töhfə” verdikləri vurğulanır.

Peebles 9 milyon kronluq (918 min dollar) mükafatın yarısını, digər iki alim isə qalan yarısını əldə edəcəklər.

Oktyabrın 7-də fiziologiya və tibb üzrə Nobel təqdim olunub.

Sabah ədəbiyyat üzrə ötənilki və builki mükafatlar, 11-də isə Nobel Sülh Mükafatı təqdim olunacaq.

Oktyabrın 14-də iqtisadiyyat üzrə Nobel verilməlidir.