ABŞ Senatı Rusiyaya qarşı hesabatı açıqlayıb

Robert Mueller

ABŞ Senatının Kəşfiyyat komitəsi Rusiya sosial şəbəkələrinin amerikalıların ictimai rəyinə təsiri barədə hesabat dərc edib.

Hesabatın müəllifləri hesab edirlər ki, Kremlin dəstəklədiyi və “troll fabriki” deyilən qurum Donald Trump-ın populyarlığını artırmaqla, Hillary Clinton-un namizədliyini gözdən salmağa çalışıb.

Beləliklə, Senatın hesabatı ABŞ kəşfiyyat icmasının gəldiyi nəticəni təsdiqləmiş olur.

ABŞ Senatının oktyabrın 8-də açıqlanmış hesabatında deyilir ki, Rusiya “İnternet Araşdırmaları Mərkəzinin” ABŞ seçkisinə müdaxiləsi indiyədək davam edən informasiya müharibəsinin bir hissəsidir.

Hesabatda deyilir ki, bu müdaxilənin təşəbbüskarlarının məqsədi Amerikanın siyasi və ictimai icmasında ixtilaf toxumu səpmək olub.

Konqresdəki iki əsas partiyanın hesabatındakı məlumatların ABŞ-ın digər qurumlarının nəticəsi ilə üst-üstə düşməsi Rusiyanın Trump-ın seçki qələbəsinə kömək etməsi barədə ABŞ kəşfiyyatının gəldiyi nəticələri daha da gücləndirmiş olur.

Sankt Peterburqda yerləşən İnternet Araşdırmaları Mərkəzinin sahibi olaraq Kremlə yaxınlığı ilə tanınan Yevgeny Prigozhin-in adı çəkilir.

Bu quruma qarşı ABŞ seçkisinə Rusiyanın mümkün müdaxiləsini araşıdıran xüsusi prokuror Robert Mueller cinayət işi qaldırıb.

ABŞ Prigozhin də daxil “troll fabriki” ilə əlaqədar olan bir neçə hüquqi və fiziki şəxsə qarşı cinayət işi açıb.