Oktyabrın 8-də Prezident Klaus Iohannis Rumıniyada ilk Holokost muzeyinin qurulmasını təsdiqləyib.
2-ci Dünya müharibəsi zamanı Rumıniyada 280 mindən 380 minədək rumıniyalı və ukraynalı yəhudi öldürülüb. Belə bir qənaətə Nobel mükafatı laureatı, Rumıniyada doğulmuş Elie Wiesel-in rəhbərlik etdiyi beynəlxalq komissiya 2004-cü ildə gəlib. O zaman Rumıniya nasist Almaniyasının müttəfiqi idi.
NATO və Avropa Birliyinin üzvü olan Rumıniya ilk dəfə olaraq 2003-cü ildə yəhudilərin qətlindəki rolunu etiraf edib.
Muzeyin yaradılmasında məqsəd ölkədə yaşayan yəhudilərin tarixini, mədəniyyətini, ənənələrini təbliğ etməkdir.
1941-45-ci illər müharibəsindən öncə Rumıniyada 750 min yəhudi yaşayıb, hazırda onların sayı 8 min -10 min arasıdır.