Kimya üzrə Nobel təqdim olundu

(soldan sağa) John Goodenough, Stanley Whittingham və Akira Yoshino

2019-cu il kimya sahəsi üzrə Nobel mükafatı John Goodenough, Stanley WhittinghamAkira Yoshino-ya “litium- ion batareyaların hazırlanmasına görə” verilib. Bu batareyalar daşınan elektronika məhsullarında istifadə olunur, təkrar doldurula bilir.

İsveç Kral Elmlər Akademiyasının oktyabrın 9-da yaydığı bəyanatda deyilir ki, alimlər öz işləri ilə naqilsiz, mədən yanacağından azad cəmiyyət üçün düzgün şərtləri yaradıb, bəşəriyyətə ən böyük faydanı veriblər.

“Litium-ion batareyaları həyatımızda inqilab yaradıb, mobil telefonlardan tutmuş, laptoplara, elektron maşınlara qədər hər yerdə işlənir”, – akademiya bildirir.

9 milyon kron (918 min dollar) üç qalib arasında bölünəcək.