Rumıniya hökuməti etimad səsverməsindən keçmədi

Viorica Dancila

Oktyabrın 10-da Rumıniyanın Baş naziri Viorica Dancila-nın solçu hökuməti etimad səsverməsini uduzub.

465 yerlik parlamentin 238 üzvü hökumətə etimadsızlıq göstərib.

***

Oktyabrın 10-da Rumıniyanın Baş naziri Viorica Dancila-nın solçu hökumətinə etimad səsverməsi keçiriləcək. Ölkədə parlament seçkisinə bir il, prezident seçkisinə isə bir neçə həftə qalır.

Dancila avqustda parlamentdə çoxluğu itirib, koalisiya tərəfdaşı – Liberallar və Demokratlar Alyansı (ALDE) ona dəstəyi dayandırıb. Buna əsasən hökumətin prezident seçkisində vahid namizədinin kim olacağıyla bağlı narazılıq səbəb olub.

Oktyabrın 20-də Ludovic Orban-ın rəhbərlik etdiyi ən böyük müxalifət partiyası – Milli Liberal Partiya (PNL) etimad səsverməsi keçirilməsi üçün yetərincə imza topladığını bildirib.

Parlamentdə 465 deputatın azı 233-ü Dancila-nın Sosial Demokratlarının (PSD) əleyhinə səs verərsə, o, hökumətdən getməli olacaq.

Dancila 2016-cı ildən hakimiyyətdədir. Bu müddətdə ədliyyə islahatlarına qarşı küçə etirazları keçirilib. Tənqidçilər bu islahatların hüququn aliliyinə hədə yaratdığını, antikorrupsiya qanunvericiliyini zəiflətdiyini deyirlər.

AB və ABŞ hakimiyyəti də hakim koalisiyanı oxşar səbəblərdən tənqid edib.