Bakıda Türk Şurasının zirvə görüşüdür

R.T.Ərdoğan və İ.Əliyev

Növbəti toplantı Türkiyədə keçiriləcək

Zirvə görüşündə Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik onlardan Azərbaycana keçir.

Sonra da Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Baş nazirinin müavini Purli Aqamuradov çıxış ediblər.

Növbəti zirvə görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

+++

Bu gün, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşü keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev toplantını açıb.

Türk Şurası 2019-cu ildə yaradılıb. Şuraya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Toplantıda həmin ölkələrin rəhbərləri iştirak edir.

Oktyabrın 14-də isə Şuraya daxil olan ölkələrin xarici işlər nazirləri Bakıda bir araya gəlmişdilər.