Avropanın ən böyük büdcə aviaşirkətlərindən olan Ryanair Ermənistan bazarına çıxır. Bu haqda bu gün Zvartnots aeroportunda şirkətin kommersiya rəhbəri David O’Braian bildirib.
Artıq 2020-ci ilin yanvarından Yerevandan lou-koster uçuşları başlanacaq. Yerevandan 3 istiqamətə uçuşlar həyata keçiriləcək: Yerevan-Milan, Yerevan-Roma və Yerevan-Berlin.
Ryanair Gümrü aeroportundan da reyslər planlaşdırır. Gələn yaydan Gümrü-Memminqen istiqamətində uçuş olacaq.
Şirkət təmsilçisi Avropaya aviabiletlərin 30 avrodan başlanacağını deyib.