BBC-nin dünyanın ən nüfuzlu 100 qadını siyahısına iki iranlı, bir pakistanlı, bir rusiyalı düşüb. Bu il üçün hazırlanmış siyahı oktyabrın 16-da açıqlanıb.
İranlı atlet Kimia Alizadeh ölkənin ilk qadın idmançısı kimi 2016-cı il olimpiadasında medal alıb. 21 yaşlı Alizadeh hazırda gələn il Tokioda keçiriləcək olimpiya oyunlarına keçmək üçün gündə üç dəfə məşq edir.
İranlı Raya Bidshahri 21-ci əsr Bacarıqları və Kosmik Vətəndaşlıq kimi onlayn təlim kursları təşkil edir. O, “Awecademy”nin təsisçisi və başçısıdır.
Pakistanlı insan haqları müdafiəçisi Jalila Haider ölkəsində qadınların hüquqlarını müdafiə edir. BBC onun təqiblərə məruz qalan Hazara icmasından ilk qadın vəkil olduğunu qeyd edir. O, 2018-ci ildə aclıq aksiyası keçirərək xalqı üçün qoruma tələb edib.
Siyahıya Rusiyadan korrupsiyaya qarşı fəal Lyubov Sobol düşüb. O, korrupsiya araşdırmalarını sosial mediada sənədləşdirr və YouTube-da 1 milyondan çox abunəçisi var.
Sobol bir sıra digər fəallarla birlikdə sentyabrda Moskva Dumasına seçkilərə buraxılmayıb. Bundan sonra Rusiyanın bir çox şəhərlərində nümayişlər keçirilib.