Yaponiyada İmperator Naruhito taxta keçib

İmperator Naruhito

Oktyabrın 22-də Yaponiyada İmperator Naruhito rəsmən taxta keçib. Mərasimdə 170-dən artıq ölkədən rəsmilər iştirak edib.

59 yaşlı Naruhito Oksfordda təhsil alıb. Atası İmperator Akihito mayda taxtdan getdiyini elan edəndən sonra o, Yaponiyanın 126-cı imperatoru olub.

O, 2-ci Dünya Müharibəsindən sonra anadan olmuş ilk yapon imperatorudir.

Həyat yoldaşı, İmperatriçə Masako-nun 55 yaşı var, Harvardda təhsil alıb, keçmiş diplomatdır.

Mərasim zamanı İmperator Naruhito rəsmi and içib. Baş nazir Shinzo Abe təbrik çıxışı edib, bundan sonra “Banzai”, yəni “Yaşasın imperator” şüarları səslənib.

Yaponiya dünyanın ən qədim monarxiyası sayılır, 2600-dən çox yaşı var.