Dünyanın əksər hissəsi Avropa Birliyinə müsbət yanaşır. Bunu “Pew” tədqiqat mərkəzinin yeni sorğusu üzə çıxarıb.
Sorğu keçirilən 33 ölkədə yetkin yaşlıların ortalama 58 faizi birliyə müsbət baxır, 27 faiz isə elə də yaxşı münasibət bəsləmir. AB üzvü olmayan 19 ölkədə də yanaşma müsbətdir, respondentlərin 51 faizi quruma müsbət baxır, 25 faizin münasibəti isə yaxşı deyil.
AB-yə daha böyük entuziazmla yanaşanlar Mərkəzi və Şərqi Avropada yaşayanlardır. Regionun altı ölkəsində müsbət yanaşma mənfini üstələyir (74% vs. 23%).
Polşada 84, Litvada isə 83 faiz respondent AB-yə yaxşı baxdığını bildirib. Çexlərin cəmi 53 faizi belə düşündüyünü deyib.
Buna da bax: Erdogan nüvə silahı ‘istəyir’ – Qərb mediasıRusiya ilə müqayisə
Qərbi Avropanın səkkiz ölkəsində isə ortalama 62% AB-yə müsbət yanaşır.
Maraqlıdır ki, Fransada rəyi soruşulanların 47, Böyük Britaniyada 44, Yunanıstanda 44 faizi AB-yə mənfi münasibətini gizlətmir. Bu, Rusiyayla (44%) müqayisə olunan göstəricidir.
Avropadan kənarda ən müsbət yanaşma Cənubi Koreya (80%) və Filippində (70%) üzə çıxıb. Yaponiyadan 60%, Avstraliyada isə 58% respondent quruma müsbət baxır.
AB-nin prioritet tərəfdaş hesab etdiyi Ukraynada 79% birliyə xoş münasibət bəsləyir. Evdə Ukrayna dilində danışan ukraynalıların 88, rusca danışanların isə 71%-i belə bir yanaşmanı dilə gətirib.
Buna da bax: Ancaq yeməyə və geyimə pul çatdıran rusiyalıların sayı artır1987-ci ildən AB ilə üzvlük danışıqları aparmış Türkiyədə cəmi 34% quruma müsbət, 56 faiz isə mənfi baxdığını deyib. Rəy sorğusu keçirilən ölkələrdə mənfi düşünənlərin sayı ən çox bu ölkədə qeydə alınıb.
Sorğu Avropa Parlamenti martda Türkiyənin üzvlük danışıqlarını dondurmaqla bağlı hüquqi qüvvəsi olmayan səsvermə keçirəndən sonra, ancaq Türkiyənin Suriyada son əməliyyatından öncə keçirilib. Bu əməliyyatdan dolayı AB-nin bəzi üzvləri Türkiyəyə silah ixracını dayandırıb.
Yaxın Şərqdə – Livan, İsrail və Tunisdə ictimaiyyətin azı yarısı Avropa Birliyinə müsbət baxır.
Atlantik Okeanının o tayında isə kanadalıların 69, amerikalıların 51 faizi birliyə yaxşı münasibət bəslədiyini deyib.