Taliban 15 polis əməkdaşını qətlə yetirib

Kunduz şəhəri, arxiv fotosu

Əfqanıstanın şimalındakı Kunduz vilayətində 15 polis əməkdaşı öldürülüb. Yerli şura üzvü Ghulam Rabbani Rabbani deyib ki, polislər oktyabrın 22-də Taliban döyüşçüləri tərəfindən qətlə yetiriliblər.

Təhlükəsizlik qüvvələrinə Ali Abad rayonunda pusqu qurulub.

Talibanın sözçüsü hücumların arxasında qruplaşmanın durduğunu təsdiqləyib.

Kunduz vilayətinin bir neçə rayonuna talibançılar nəzarət edir. 2015-ci ildə iki həftə ərzində qruplaşma vilayətin eyni adlı paytaxtını da ələ keçirmişdi. O vaxtdan şəhər bir neçə dəfə hücuma məruz qalıb.

Əfqanıstanın təxminən yarısına nəzarət edən Taliban təhlükəsizlik qüvvələrinə demək olar hər gün hücum edir. Toqquşmalarda xeyli sayda dinc sakin də həlak olur.