Ağ ev bu qəzetlərə abunəni dayandırır

Donald Trump

Ağ ev “The Washington Post” və “The New York Times” qəzetlərinə abunəni dayandırır və federal agentliklərdən də abunəni kəsməyi tələb edəcək. Bu qəzetli Prezident Donald Trump tənqid edirdi.

“Abunəmizi yeniləmədik, doğrudur. Bu, vergiödəyicilərinin puluna ciddi qənaət olacaq”, – Ağ evin sözçüsü Stephanie Grisham oktyabrın 24-də “AFP”yə deyib.

Trump oktyabrın 21-də “Fox News”a deyib ki, bu qəzetlər “saxta” xəbərlərdən ibarət olduğu üçün onları almaq istəmir.

Grisham “The Wall Street Journal”a deyib ki, Ağ ev federal agentliklərin hamısından sözügedən qəzetlərə abunəni dayandırmağı tələb edəcək.

Həmin qəzetlərin təmsilçiləri hələlik, məsələni şərh etməyib.

Bu iki qəzetin ölkə siyasətinə böyük təsiri var, özəlliklə də prezident administrasiyasının fəaliyyətinin işıqlandırılmasında.