Bolqarıstanda hakim partiya böyük şəhərlərdə seçkini udur

Bolqarıstanda seçki

Bolqarıstanda seçki

Bolqarıstanda ekzit-pollar hakim sağ-mərkəzçi GERB partiyasının yerli seçkilərdə üstünlüyünü saxladığını, ancaq dörd il öncəyə nisbətən ona dəstəyin azaldığını üzə çıxarıb. Oktyabrın 27-də bu ölkədə bələdiyyə və mer seçkiləri keçirilir.

Paytaxt Sofiyada GERB-dən olan hazırkı mer Yordanka Fandakova müxalifət partiyalarının dəstəklədiyi müstəqil namizəd Maya Manolova ilə ikinci turda üz-üzə gələcək. Gallup və “Alpha Research” mərkəzlərinin proqnozlarına görə, Fandakova 35, Manolova is 22-26 faiz səs yığıb.

Əvvəlki seçkiylə müqayisədə bu dəfə Fandakova-ya 100 min az seçici səs verib. İkinci tur noyabrın 3-nə planlaşdırılır.

Burqas, Stara Zagora və Veliko Tarnovoda GERB-in mer seçkilərində birbaşa qələbə qazandığı xəbər verilir. Plovdiv, Blaqoevqrad, Pazardjik, Pleven, Ruse, Haskovoda da ikinci tur gözlənir.

Dörd il öncə GERB 28 şəhərin 22-də qalib olmuşdu, onlardan 11-də qalib elə birinci turda bilinmişdi. Bu dəfə isə siyasi mənzərə fərqli görünür.