Rusiyalıların demək olar hər biri Halloven bayramından xəbərdardır, ancaq onların yalnız 3 faizi bu bayramı keçirməyi planlaşdırır. TASS agentliyinin məlumatına görə, bunu Rusiya İctimai Fikir Tədqiqat Mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.
Hallovendən rusiyalıların 93 faizi xəbərdardır, oktyabrın 31-də bu bayramı keçirməyi planlaşdıranların 13 faizi 18-24 yaşlılardır.
Respondentlərin 67 faizi deyib ki, onları Halloven keçirməməsinin səbəblərindən biri bu bayramın Rusiya mədəniyyətə və adətlərinə zidd olmasıdır.
Rusiyalıların üçdə biri deyib ki, bu bayram yersizdir, 16 faiz isə “bunda yaxşı bir şey görümür”.
Respondentlərin iki faizi həmin gün məşğul olacağını deyib, 7 faiz isə bunu bütpərəst bayramı hesab edir.
Sorğu oktyabrın 27-də keçirilib.
Halloven artıq qədim bir kelt bayramından dünyanın bir sıra ölkələrində təntənə ilə keçirilən mərasimə çevrilib.
Bayramda bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır. Şirniyyatlar Halloven rəmzləri şəklində qablaşdırılaraq satışa qoyulur. Halloven bayramında uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığır, ev sahibləri heç nə verməyəndə, onlara hədə-qorxu gəlirlər.