Oktyabrın 31-də prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz və Yevlax rayonlarının icra başçıları vəzifədən azad edilib. Şəmsəddin Xanbabayev Xaçmaz rayon İcra Hakimiyyətinin, Qoca Səmədov isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər iki sərəncamları ilə Elnur Rzayev Xaçmaz, Anar Tağıyev isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediliblər.
E.Rzayev bundan əvvəl Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
A.Tağıyev isə paytaxtın Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini idi.