İranda ABŞ səfirliyinin tutulmasının ildönümüdür

Tehranda keçmiş ABŞ səfirliyi qarşısında yürüş, 4 noyabr, 2019-cu il

Noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin 1979-cu ildə tələbələr tərəfindən tutulmasının 40-cı ildönümü qeyd olunur. Həmin hadisədən sonra 444 gün ərzində girov böhranı davam elədi.

Dövlət mediası hökumətin sponsorluğu ilə minədək şəhər və kənddə yürüşlər keçirildiyini xəbər verir.

Tehranda əhali keçmiş səfirlik ətrafındakı küçələrə çıxıb. Küçələrə çıxanlar Birləşmiş Ştatlar və İrana qarşı şüarlar səsləndirir, Fars xəbər agentliyi yazır.

“Amerikayla savaşımız müstəqilliyimiz, qorxutmaya boyun əyməmək, dəyərlər, inanclar və dinimizə görədir bağlıdır”, – ordunun başçısı general-mayor Abdolrahim Musavi yürüşdə çıxış edərkən deyib.

Buna da bax: ABŞ-ın terror hesabatında ‘əsas müqəssir’ İrandır

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “məhv edilənədək düşmənçiliyini davam etdirəcək”.

Builki ildönümü ABŞ-la İran arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir. ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib.

1979-cu il islam inqilabından sonra səfirlik “casus mağarası” adlandırılırdı. Həmin il səfirliyə hücum edən silahlı tələbələr 52 amerikalını 444 gün ərzində girov saxlayıb. Buna Vaşinqtonun İranın devrilmiş şahı Mohammad Reza Pahlavi-ni mühakimə olunmaqdan ötrü İrana təhvil verməkdən imtinası səbəb olmuşdu.

O vaxtdan iki ölkə arasında diplomatik təmas olmayıb.

İranın Ali dini lideri Ayətulla Ali Khamenei noyabrın 3-də iki ölkəni barışmaz düşmən adlandırıb, Birləşmiş Ştatlarla danışıqları istisna edib.

“Düşmənlə danışıqların problemlərimizi həll edəcəyinə inananlar 100 faiz yanılırlar”, – Khamenei deyib.