Erdoğan Bağdadinin xanımının yaxalanmasını təsdiqləyib

Türkiyə prezidenti Racep Tayyip Erdogan

Türkiyə “İslam Dövləti” qrupunun keçmiş lideri Əbu Bəkr Əl Bağdadinin xanımının Suriya ərazisində yaxaladığını bəyan edib.

Reutersin məlumatına görə, bunu noyabrın 6-da Türkiyə prezidenti Racep Tayyip Erdogan Ankara universitetində çıxış edərkən deyib.

Onun sözlərinə görə, əməliyyat zamanı Bağdadinin bacısı və gəlini də yaxalanıb.

Yüksək səlahiyyətli Türkiyə rəsmisi hələ həftənin əvvəllərində Bağdadinin bacısı, onun əri və gəlinlərinin yaxalanması barədə məlumat yaymışdı.

Buna da bax: Türkiyə Bağdadinin bacısını ələ keçirdiyini deyir

Amma Ankara bu əməliyyat barədə heç bir məlumat verməmişdi.

Əbu Bəkr əl Bağdadi oktyabrın 26-da ABŞ xüsusi təyinatlı qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

O, “İslam Dövləti” qrupunun banisi hesab olunurdu.

Bağdadi 2014-cü ildən İraq və Suriyanın böyük bir hissəsində xilafət yaratdığını elan eləmişdi.

İndi həmin ərazilər yaraqlılardan tamamilə azad edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ “İslam Dövləti” qrupunun lideri Bağdadinin ölümü ilə nəticələnən əməliyyatın videosunu yayıb