Dünən – noyabrın 13-də Almaniya polisi altı vilayətdə reyd keçirib, əsasən Ukraynadan olan, miqrantların qanunsuz trafikinqində əli olmaqda şübhəli bilinən bandaları hədəfə alıb. Həmin miqrantlardan ucuz əmək qüvvəsi kimi istifadə olunduğu bildirilir. Xəbəri “dpa” agentliyi yayıb.
Osnabruek şəhərindən prokurorların başçılıq etdiyi reydlərdə 510 polis əməkdaşı iştirak edib. Bunu Hanover polisinin sözçüsü deyib.
Osnabruekdə bir şübhəli saxlanıb. Saxta sənədlərin hazırlandığı, sənədsiz işçilərin qanunsuz olaraq işə cəlb olunduğu bildirilir.
Reydlər zamanı laptoplar, mobil telefonlar, sənədlər, nağd pul, silahların müsadirə olunub.
İddiaya görə, banda adamları turist adıyla ölkəyə aparıb. Onlara nəinki saxta sənəd düzəldib, qalmağa yer və iş tapıb.