İranda yol qəzasında 28 əfqanın öldüyü bildirilir

Arxiv fotosu

İranın cənub-şərqində yol qəzasında 28 əfqanın həlak olduğu bildirilir. Xəbəri yarırəsmi ILNA xəbər agentliyi yayıb.

Noyabrın 14-də səhər Sistan və Baluçistan vilayətlərində yerləşın Xaş şəhərində iki adamla dolu mikroavtobus toqquşub, daha 21 nəfərin xəsarət aldığı xəbər verilir.

Xaş şəhəri paytaxt Tehrandan 1500 kilometr cənub-şərqdə yerləşir.

Bu regiondan adətən əfqan miqrantların qanunsuz trafikinqi üçün istifadə olunur. Onlar basabas maşınlarla daşınır.

İran yol qəzalarına görə dünyada aparıcı yerlərdən birini tutur. Səbəblər sırasında təhlükəli minik vasitələri, yarıtmaz fövqəladə xidmətlər, nəqliyyat qaydalarına sayqısızlıq göstərilir.

Hər il İranda yol-nəqliyyat qəzalarında ortalama 17 min nəfər dünyasını dəyişir. İyulda İranın mərkəzində iki qəzada 18 nəfər həlak olub, 14 nəfər yaralanıb.