Amazon 10 milyard dollarlıq kontraktın Microsoft-a verilməsinə etiraz edir

Amazon şirkətinin loqosu

Amazon onlayn satış şirkəti Pentaqonun 10 milyard dollarlıq “bulud hesablaması" kontraktını Microsoft şirkətinə verilməsinə etiraz edib, bu qərarın “aydın qərəz”ə söykəndiyini bildirib.

“Hökumətimiz və onun seçilmiş liderlərinin təchizat kontraktlarına obyektiv, siyasi təsirdən azad şəkildə yanaşması ölkəmiz üçün vacibdir”, – Amazon Veb Xidmətlərinin sözçüsü noyabrın 14-də deyib.

Amazon bu kontrakt müsabiqəsində öncül sayılırdı, ancaq Microsoft qalib elan olunub.

Prezidenti Donald Trump isə 10-illik layihə müsabiqəsinə Amazonun da qatılmasını tənqid edib. Layihə Müdafiə İnfrastrukturu Birgə Müəssisəsi proqramı adlanır.

Trump dəfələrlə Amazon və təsisçisi Jeff Bezosu tənqid edib. Bezos prezidenti vaxtaşırı tənqid edən “The Washington Post” qəzetinin də sahibidir.

Sözügedən layihənin məqsədi ordunun bulud hesablaması sistemini transformasiya etmək, modernləşdirməkdir.

Ordunun böyük hissəsi 1980-1990-cı illərə aid kompüter sistemləri işlədir. Pentaqon bu sistemlərin bir-birilə əlaqəsini qurmağa milyardlarla dollar xərcləyib.