Moskva Şəhər Məhkəməsi Rusiyada casusluq ittihamıyla saxlanmış ABŞ vətəndaşı Paul Whelan barəsində həbs qətimkan tədbirinin müddətini dekabrın 29-dək uzadıb.
İttihamları rədd edən keçmiş ABŞ dəniz piyadasının vəkilləri noyabrın 19-da keçirilən iclasda Whelan barəsində daha az məhdudlaşdırıcı qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırmışdılar, onun ev dustaqlığına buraxılması istənilirdi.
Whelan həm də Kanada, İrlandiya və Britaniya vətəndaşıdır. O, həbsxana nəzarətçilərini pis rəftarda ittiham edib.
49 yaşlı amerikalı 2018-ci ilin dekabrında Moskvada oteldə saxlanıb, məxfi informasiya almaqda ittiham olunub.
Ona irəli sürülmüş casusluq ittihamı üzrə 20 ilədək həbs cəzası kəsilər bilər.
Ailəsi isə Whelan-ın Moskvaya toya getdiyini bildirir.
Rusiyadakı ABŞ səfirliyi Rusiyanı “oyun oynamağı dayandırmağa”, Whelan-ın iddia olunan casusluq fəaliyyətinə dəlil göstərməyə çağırıb.