Honq Konqda demokratik siyasi qüvvələr yerli seçkilərdə qələbə qazanıb. Noyabrın 24-də seçkiyə rekord sayda seçicinin getdiyi bildirilir.
Çinin suverenliyi altında olan bu şəhərdə altı aydır hökumətə qarşı etirazlar keçirilir.
Seçici fəallığının 70 faizi keçdiyi, 2,9 milyonadək seçicinin səsverməyə getdiyi bildirilir. Prosesdə elə bir böyük pozuntu qeydə alınmayıb.
18 rayon şurasında 452 yerin yarıdan çoxunu demokratik namizədlər qazanıb. Bu, şəhərin adətən isteblişmenti dəstəkləyən müxalifəti üçün ilk belə haldır.
Rayon şuraları qanunvericilik qəbul etmək səlahiyyətinə malik deyil və yol, məktəb tikintisi kimi yerli qərarların verilməsində məşvərətçi orqan kimi çıxış edir.
Yerli RTHK televiziyasının noyabrın 25-də yaydığı məlumata görə, demokratiya tərəfdarı olan namizədlər rayon şuralarındakı 452 yerdən 390-nı, yaxud 90 faizə yaxınını qazanıblar.
Bu seçkilər şəhərin indiki başçısı Carrie Lam-dan ötrü bir dəstək sınağı idi.
İlkin olaraq ekstradisiya qanununa etiraz kimi başlanmış nümayişlərdə sonradan daha geniş demokratiya tələbləri səslənməyə başladı.