Bu il 130 qadını partnyoru öldürüb

İllüstrativ foto

Fransa hökuməti qadınların partnyorları tərəfindən öldürülməsini önləməkdən ötrü pis rəftara yol verən həyat yoldaşlarından odlu silahları müsadirə edəcək, polisə daha yaxşı təlim keçəcək. “The Associated Press” agentliyi bu tədbirlər paketinin milyonlarla avroya başa gələcəyini bildirir.

Baş nazir Edouard Philippe planı bu gün – noyabrın 25-də açıqlayıb. Tədbirlərə partnyorlarına qarşı pis rəftara yol verənlərin elektron bilərzik gəzdirməsi, şiddət görən qadınlar üçün min yeni sığınacağın açılması daxildir.

Fransada fəallar təkcə bu il azı 130 qadının indiki, yaxud keçmiş partnyorları tərəfindən öldürüldüyünü deyirlər. Bunun bir səbəbi kimi polisin bu hallara zəif reaksiyasını göstərirlər.

Bu ölkə məişət zorakılığına görə Avropada yüksək göstəricilərə malikdir və Prezident Emmanuel Macron bunu “Fransanın utancı” adlandırıb.

Şənbə günü onminlərlə etirazçı Paris küçələrinə çıxaraq “qadınların öldürülməsi”nə ölkə səviyyəsində reaksiya verməyə çağırıb.