Trump Honq Konqa dəstək qanunlarını imzalayıb

Honq Konqda demokratiya tərəfdarları seçkidə qələbəni qeyd edir

Çin ABŞ səfiri Terry Branstad-ı çağıraraq Vaşinqtondan bu ölkənin daxili işlərinə müdaxiləni dərhal dayandırmağı, ikitərəfli münasibətlərə əlavə ziyan vurmamağı tələb edib. Bu haqda Çinin Xarici İşlər Nazirliyi noyabrın 23-də bəyanat yayıb.

Bəyanata görə, Çinin Xarici işlər nazirinin müavini Le Yucheng Birləşmiş Ştatları qanunları qüvvəyə mindirməməyə çağırıb.

“Çin ABŞ tərəfindən atılan yanlış addımlara qətiyyətlə cavab verəcək və bütün fəsadlara görə tam məsuliyyət Birləşmiş Ştatların üzərinə düşəcək”, – Le deyib.

***

ABŞ Prezidenti Donald Trump noyabrın 27-də Honq Konqda demokratiya tələb edən etirazçıları dəstəkləyən iki qanunu imzalayıb. Bundan öncə layihələri Konqres yekdilliklə qəbul edib.

“Bu qanunları Çin Prezidenti Xi Jinping və Honq Konq xalqına sayqımdan dolayı imzaladım. Çin və Honq Konq liderləri və təmsilçilərinin fikir ayrılıqlarını sülh yoluyla həll edəcəyinə ümidlə həmin layihələr qüvvəyə minir”, – Trump qısa bəyanatında bildirib.

Çin isə “sərt əks-tədbirlərlə” hədələyib, detalları açıqlamayıb, Vaşinqtonun hərəkətlərini Çinin idarəçiliyi altında olan şəhərə “ciddi müdaxilə” adlandırıb.

Keçmiş Britaniya koloniyası olan Honq Konqda 2047-ci ilədək Çində olmayan azadlıqlar təmin olunmalıdır.

İmzalanan qanunlara görə, Dövlət Departamenti ildə azı bir dəfə Honq Konqun muxtariyyətini saxladığını təsdiqləməlidir, bu ərazidə azadlıqla məhdudlaşdırılarsa, xüsusi status ləğv oluna bilər.

Altı aydan çoxdur Honq Konqda hökumət əleyhinə etirazlar keçirilir. Nümayişçilər Pekinin idarəçiliyi altına azadlıqlarının tədricən məhdudlaşdırıldığını deyirlər.

Çin isə bu yarımmuxtar regiona müdaxilə etmədiyini deyir, iğtişaşlara görə xarici qüvvələri günahlandırır.