Albaniyanın mərkəzində baş vermiş güclü zəlzələdən iki gün keçir, dağıntılar altında qurbanların axtarışı davam edir.
Zəlzələdə azı 31 nəfər həlak olub, 650-dək adam yaralanıb.
Noyabrın 27-də 10-dan artıq ölkədən gedənlər yerli xilasedicilərə qoşulub, axtarış aparır.
Noyabrın 26-da səhər paytaxt Tiradan 30 kilometr şimal-qərbdə 6,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə titrəyiş qeydə alınıb.
Dağılan binaların altında onlarla adamın qaldığı bildirilir.