Dekabrın 3-də Qazaxıstanın cənubunda Qızılorda regionunda buz bağlamış magistral yolda avtobus aşıb, azı 7 sərnişinin həlak olduğu xəbər verilir.
Avtobusda 35-50 sərnişin olub. 25 nəfərin xəsarət aldığı xəbər verilir.
Sərnişinlərin vətəndaşlığı barədə informasiya yoxdur.
Hadisə yerində xilasedicilər işləyir. Yol-hərəkət qaydalarının pozulması üzrə cinayət işi açılıb.
AB-nin data agentliyi olan Avrostatın məlumatına görə, Qazaxıstan dünyada yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ilk beşlikdə yer alır.
Qəzaların əsas səbəbləri kimi nəqliyyat qaydalarının pozulması, yolların keyfiyyəti göstərilir.