ABŞ-da bir günə 9,2 milyard dollarlıq mal satılıb

Arxiv fotosu

Birləşmiş Ştatlarda “Kiber Bazar Ertəsi” (Cyber Monday), yəni Şükranlıq bayramından sonrakı bazar ertəsi 9,2 milyard dollarlıq satış olub. Həmin gün onlayn pərakəndə satıcılar Milad bayramı qabağı xüsusi endirimlər təklif edirlər.

ABŞ-da 100 ən böyük pərakəndə satıcıdan 80-nin tranzaksiyalarını dəyərləndirən “Adobe analytics” bildirir ki, onlayn satış dekabrın 1-dək 200 milyon dollarlıq proqnoza çata bilməyib.

“Adobe” onu da hesablayıb ki, dekabrın 1-də başa çatan bir ay ərzində onlayn 72,1 milyard dollar xərclənib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faizlik artım deməkdir.

Birləşmiş Ştatlarda daha bir rekord qırılıb, təkcə smartfonlara 3 milyard dollar xərclənib.

ABŞ Mili Pərakəndə Satış Federasiyasının proqnozuna görə, dekabrda 69 milyona yaxın amerikalı onlayn alış-veriş üçün vebi axtaracaq. Adobe isə televizor və kompüterlərin satışında böyük endirimlər gözləyirdi.