Moldovanın keçmiş baş naziri Vlad Filat dekabrın 4-də şərti cəza ilə azadlığa buraxılıb. Bu, ölkə rəhbərliyi üçün gözlənilməz xəbər olub.
Prezident Igor Dodon deyib ki, Filat-ın şərti cəza ilə azadlığa çıxacağını gözləmirdi. O, vəzifəsindən sui-istifadə və korrupsiyada təqsirli bilinərək 9 il həbsə məhkum edilmişdi, bu cəzanın 4 il yarımını çəkib.
“Bu qərar məni təəccübləndirdi. Yəqin ki, bunu keçmiş hökumətin bəzi hərəkətləri ilə izah etmək olar. Ədliyyə Nazirliyindən informasiya istəmişəm”, – Dodon jurnalistlərə deyib.
Filat azadlığa çıxmazdan öncə Kişinau Apellyasiya Məhkəməsi onun cəzasını azaldıb.
“Məni anlamağa çalışın, elə bir əhvaldayam ki... Evə gedəcəyəm, valideynlərimə baş çəkəcəyəm, onlarla vaxt keçirmək istəyirəm. Bu günlük heç bir TV şouya getməyəcəyəm. Anlamağa çalışın. Daha sonra başqa şərhlər verəcəyəm”, – Filat “Ziarul de Garda” qəzetinə deyib.
2016-cı il iyunun 27-də Kişinau məhkəməsi Filatı 1 milyard dollarlıq bank dələduzluğu işində rüşvət almaqda təqsirli bilib.
Vəzifəsindən sui-istifadədən başqa, onun biznesmen Ilan Shor-dan 250 milyon dollar rüşvət aldığı bildirilib.
Filat 2009-2013-cü illərdə Moldovanın baş naziri olub, 2015-ci il oktyabrın 15-də həbs edilib.
O, ittihamları siyasi motivli adlandırıb.