Beş əfqan öldürülüb, yaponiyalı həkim yaralanıb

Tetsu Nakamura xəstəxanada

Əfqanıstanın şərqində yaponiyalı humanitar işçinin olduğu maşına atəş açılıb, həkim ağır yaralanıb, beş əfqan öldürülüb.

Nangarhar vilayət valisinin sözçüsü Attaullah Khogyani AzadAvropa/AzadlıqRadiosuna deyib ki, hücum dekabrın 4-də səhər vilayət paytaxtı Calalabadda baş verib.

Yaralanan həkim Tetsu Nakamura Yaponiyanın qeyri-hökumət təşkilatı başçısıdır.

Öldürülənlər isə onun mühafizəçiləri və avtomobilin sürücüsü olub.

Hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb.

Nakamura 13 ildir Nangarharda çalışır və bu yaxınlarda Prezident Ashraf Ghani ona fəxri vətəndaşlıq verib.