İranda şadlıq sarayında azı 11 nəfər ölüb

Hadisə yeri

İraqın Kürdüstan vilayətində şadlıq sarayında qaz partlayışı olub, azı 11 nəfər həlak olub, onlarla adam yaralanıb.

Mehr yarırəsmi xəbər agentliyinin dekabrın 5-də yazmasına görə, partlayış Sekkez şəhərində şadlıq sarayında baş verib, ölənlərdən beşi uşaqdır.

Xilasedicilər və təcili yardım maşınları əraziyə göndərilib.

Hadisə barədə əlavə detallar açıqlanmayıb.

Kürdüstan vilayəti İraqla sərhəddə yerləşir.