Vulkan püskürməsi 5 nəfərin həyatına son qoyub

Ağ Adada vulkan püskürməsi

Vulkan püskürməsində azı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb. Polis “ikirəqəmli sayda” itkin düşənlərin olduğunu deyir.

***

Dekabrın 9-da Yeni Zelandiyanın Şimal Adasının şərq tərəfində vulkan püskürüb, azı bir nəfər həlak olub, bir neçə yaralı və itkin düşənlər var.

Rəsmilər vulkanın püskürdüyü Ağ Adadan 23 nəfərin xilas edildiyini bildirir. Hadisə yaxınlığında 100-dək adamın olduğu güman edilir.

Sahilə çıxarılanlardan azı birinin durumu ağırdır.

Polis ərazidə qeyri-uçuş zonası elan edildiyini açıqlayıb.

Ağ Ada Yeni Zelandiyanın ən aktiv hissələrindəndir. O, Şimal Adasının şərq sahilindən 50 km aralı yerləşir və adadan qalxan nəhəng tüstü dalğası materikdən də görünüb.

Baş nazir Jacinda Ardern deyib ki, hadisə vaxtı adada, yaxud ətrafında xeyli sayda turistin olduğunu bilirlər. “Polis əlindən gələni edir”, – o bildirib.