Xəstəxanada atışmada 6 nəfər öldürülüb

Hadisənin baş verdiyi xəstəxana

Çexiya rəsmiləri ölkənin şərqindəki Ostrava şəhərində xəstəxanada atışma olduğunu, 6 nəfərin öldürüldüyünü bildirirlər. Şübhəli hələlik, azadlıqdadır.

Hadisə dekabrın 10-da səhər “University” xəstəxanasında baş verib.

Ostrava şəhəri paytaxt Praqadan 350 km şərqdə yerləşir.

“Faciədir, sadəcə, bunu anlamıram”, – Baş nazir Andrej Babis dövlət televiziyasında deyib.

“Həqiqətən də çox məlumatım yoxdur. Bildiyim odur ki, dörd nəfər hadisə yerində ölüb, ağır yaralanan iki nəfər isə sonradan keçinib”, – o, sözlərinə əlavə edib.

Xəstəxananın direktoru Jiri Havrlant atışmanın travmatologiya klinikasında baş verdiyini, böhran planının işə salındığını, ərazinin mühasirəyə alındığını bildirib. Polis qatili axtardığından xəstəxana əməkdaşları çalışdıqları departamentlərə salınıb.

Polis ölkədə təhlükəsizliyi gücləndirdiyini bəyan edib.