Moskvanın keçmiş meri, 20 ilə yaxın paytaxt başçısı olmuş Yury Luzhkov 83 yaşında dünyasını dəyişib.
Rusiya mediasının dekabrın 10-da yazmasına görə, Rusiyanın ən nüfuzlu siyasətçilərindən olmuş Luzhkov Münhendə xəstəxanada vəfat edib.
O, 1992-ci ildə Rusiya paytaxtının meri postuna keçib və 2010-cu ildə işdən çıxarılıb. Kreml daha ona etimad göstərmədiyini bildirib.
Davamlı korrupsiya iddialarına baxmayaraq, Luzhkov Moskva sakinləri arasında çox populyar idi.
O, işdən çıxarılandan sonra ictimaiyyət arasında az görünüb.
2016-cı ildə isə Rusiya Prezidenti Vladimir Putin onu “Vətənə xidmətə görə” medalı ilə təltif edib.