“Time” jurnalı yeniyetmə iqlim fəalı Greta Thunberg-i ilin adamı seçib.
Jurnal 16 yaşlı isveçlinin adını açıqlayarkən qeyd edib ki, iqlim dəyişikliyi siyasəti “fenomenin özü qədər mürəkkəbdir və Thunberg-in sehrli həll yolu yoxdur”.
“Ancaq o, qlobal yanaşma yaradıb, milyonlarla qarışıq, gecəyarısı narahatlıqlarını ümumdünya hərəkatına çevirərək təcili dəyişikliyə çağırıb”, – dərgi bildirir.
Greta Thunberg bir il öncə cümə günləri məktəbə getməyərək təkbaşına “Gələcək üçün Cümələr” aksiyaları keçirməyə başlayıb. Sonradan o, milyonlarla adamın iqlim dəyişikliyinə etiraz olaraq küçələrə çıxmasına səbəb olub.
Thunberg-in namizədliyi Nobel Sülh mükafatına da təqdim olunmuşdu.
O, sentyabrın 25-də “Nobel mükafatına alternativ” kimi tanınan “Dürüst Həyat Mükafatına” (Right Livelihood Award) layiq görülüb.