Qusar rayonunda qidadan kütləvi zəhərlənmə baş verdiyi bildirilir.
Verilən məlumata görə, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.
Aralarında uşaqların da olduğu 8 nəfərin Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi açıqlanıb.
İlkin ehtimala görə, onların qidadan zəhərləndiyi güman edilir.
Bu gün dekabrın 16-da məlumatı Səhiyyə Nazirliyindən də «Turan» agentliyinə təsdiqləyiblər.
Nazirlikdən bildiriblər ki, Qusar rayonunun Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü rayon xəstəxanasına gətirilib.
Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxıldığı vurğulanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.