Vətəndaşlıq qanununa etirazlar davam edir

Nyu Dehli, 16 dekabr, 2019-cu il

Nyu Dehli, 16 dekabr, 2019-cu il

Hindistanın bir sıra şəhərində qalmaqallı vətəndaşlıq qanunuyla bağlı etirazlar davam edir, polislə nümayişçilər arasında toqquşmalar baş verir.

Dekabrın 16-da paytaxt Dehlidə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, onlardan bəzilərini saxlayıb. Etirazçılar isə avtobusları yandırıb, yolları bağlayıb.

Parlament dekabrın 11-də qanunu qəbul edəndən ölkənin şimal və şərqində nümayişlər keçirilir. Bir sıra şəhərlərdə internet xidmətləri kəsilib.

Beşinci günə keçən iğtişaşlarda bir neçə nəfərin öldürüldüyü xəbər verilir.

Yeni qanunda əsasən müsəlmanların yaşadığı üç ölkədən – Əfqanıstan, Banqladeş və Pakistandan qeyri-müsəlmanların vətəndaşlıq almasını sürətləndirməsi nəzərdə tutulur.

Bəzi tənqidçilərin fikrincə, bu qanun Baş nazir Narendra Modi-nin hindu-millətçi siyasətinin bir hissəsidir, məqsəd ölkənin 200 milyonluq müsəlman əhalisini təcrid etməkdir. Bəziləri isə ölkəyə irimiqyaslı miqrasiyadan narahatdır.

Modinin Bharatiya Janata Partiyası (BJP) bildirib ki, bu qanunla dini “təqib”dən qaçanlara sığınacaq veriləcək.

Britaniya, Kanada, Birləşmiş Ştatlar və bir sıra başqa ölkələr Hindistanın şimal-şərqin getməməklə bağlı xəbərdarlıq edib.