Qırğızıstanın keçmiş baş naziri Sapar Isakov yeni korrupsiya ittihamları ilə Bişkekdə məhkəmə önünə çıxarılıb. O, hazırda 15 illik həbs cəzası çəkir.
Isakov dekabrın 17-də məhkəmənin hazırlıq iclasında iştirak üçün təcridxanadan 1 May Rayon Məhkəməsinə məcburən aparılıb.
O, məhkəməni “qanunsuz” adlandıraraq iştirakdan imtina etdiyindən hakim Marat Sydykov məcburi gətirilmə əmri çıxarmışdı.
Isakov və daha beş təqsirləndirilən Bişkek Dövlət Tarix Muzeyinin və Çolpon-Ata şəhərində hippodromun təmirinə ayrılmış dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Buna da bax: Atambaev qətldə ittiham olunurDekabrın 6-da Bişkekdə başqa bir məhkəmə Isakov və digər keçmiş baş nazir Jantoro Satybaldiev-i uyğun olaraq 15 və 7 illik həbsə məhkum edib. Onlara korrupsiya ittihamları Bişkek İstilik Elektrik Stansiyasının 2013-cü ildə modernləşməsi layihəsi ilə bağlıydı.
Bu korrupsiya işlərində ölkənin bir sıra keçmiş aparıcı məmurlarının adları hallanıb, onların keçmiş prezident Almazbek Atambaev-lə yaxın olduğu iddia olunub.
Cinayət işləri Atambaev ilə hazırkı prezident Sooronbai Jeenbekov-un münasibətlərinin gərginləşdiyi dövrdə açılıb. Keçmiş baş nazir Jeenbekov-u Atambaev dəstəkləyib, o, 2017-ci ilin oktyabrında prezident seçilib.
Atambaev isə avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələrinin iki gün davam edən qarşıdurmasından sonra həbs olunub. Ona qətl, korrupsiya və bir sıra digər ittihamlar irəli sürülüb.