Sərhəddə toqquşmada 9 nəfər yaralanıb

Batken regionu

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarda altı qırğızıstanlı, üç tacikistanlı yaralanıb. Qırğızıstan Sərhədi Xidmət dörd sərhədçinin, bir deputatın, bir yerli sakinin yaralandığını bildirir.

Toqquşmalar dekabrın 18-də Batken regionunda baş verib.

Tacikistanın İsfara şəhərində xəstəxana əməkdaşları AzadAvropa/AzadlıqRadiosu-na üç vətəndaşın yaralandığını deyiblər.

Tacikistan tərəfdən insidentlə bağlı rəsmi bəyanat olmayıb.

1991-ci ildə Sovet İttifaqı dağılandan Orta Asiyada bir sıra sərhəd əraziləri mübahisəli qalır. Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin kəsişdiyi Fərqanə vadisində saysız eksklavlarda isə durum mürəkkəb olaraq qalır.

Yanvardan bəri Qırğızıstan-Tacikistan sərhədində azı 10 toqquşma baş verib. Sentyabrdakı son toqquşmada dörd nəfər həlak olub.